Главная > Digər ölkələr > “Ukrzaliznıtsya”: Dnepropetrovsk vilayətinə hücum nəticəsində qatar zədələnib
“Ukrzaliznıtsya”: Dnepropetrovsk vilayətinə hücum nəticəsində qatar zədələnib24-06-2025, 14:00. Разместил: Rss Bot Report |
|
Rusiyanın Dnepropetrovsk vilayətinə hücumu nəticəsində “Ukrayna Dəmir Yolları” ("Ukrzaliznıtsya") şirkətinin Odessa-Zaporojye marşrutu üzrə hərəkət edən 52 nömrəli sərnişin qatarı zədələnib. “Sizinxeber.az” xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya" məlumat yayıb. Bildirilib ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. "Sərnişinlər dərhal sığınacağa köçürülüb, çünki bölgədə həyəcan siqnalı davam edir" - məlumatda qeyd olunub. Dnepropetrovski Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak qatarın sərnişinləri arasında yaralıların olduğunu təsdiqləyib. Вернуться назад |