Главная > Digər ölkələr > Dominikan sahilində güclü zəlzələ baş verib
Dominikan sahilində güclü zəlzələ baş verib24-06-2025, 08:30. Разместил: Rss Bot Report |
|
Atlantik okeanında Dominikan Respublikası sahilində 5,7 maqnitudalı zəlzələ olub. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 22:45-də (Bakı vaxtı ilə çərşənbə axşamı saat 06:45-də) təxminən 100 min əhalisi olan Punta Kana turizm şəhərciyindən 64 km şimal-şərqdə qeydə alınıb. Təbiət hadisənin ocağı 18 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib. Вернуться назад |