Главная > Digər ölkələr > Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar
Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar24-06-2025, 04:30. Разместил: Rss Bot Report |
|
London və Kiyev uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) və dron-müdafiə sistemlərinin birgə istehsalını başlatmaq barədə razılığa gəliblər. “Sizinxeber.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqların nəticələrinə dair teleqramda bildirib. “<...> Bu sahədə qarşılıqlı əməkdaşlıq Ukraynaya mühüm layihələrin, xüsusilə də dron-müdafiə sistemlərinin və uzaqmənzilli dronların istehsalı üçün sabit maliyyələşdirmə əldə etməyə imkan verəcək”, – Ukrayna lideri vurğulayıb. Onun sözlərinə görə, danışıqlar zamanı Kiyev həmçinin Britaniyadan Ukraynanın hava hücumundan müdafiə sisteminin (HHM) gücləndirilməsinə nail olub. Вернуться назад |