Главная > Digər ölkələr > Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib
Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib20-06-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Böyük Britaniya İran-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Tehranda yerləşən səfirliyinin əməkdaşlarını təxliyə edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yayılıb. "Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirliyimiz məsafədən işləməyə davam edir", - məlumatda bildirilib. Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lemmi isə “X” sosial şəbəkəsindəki hesabında hava məkanı yenidən açıldıqdan sonra öz vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təmin edəcəyini bildirib. Вернуться назад |