Kaliforniya qubernatoru amerikalıları Trampa qarşı durmağa çağırıb
sizinxeber.az xəbər saytı

Kaliforniya qubernatoru amerikalıları Trampa qarşı durmağa çağırıb


Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdəki etirazlar fonunda ABŞ vətəndaşlarını Prezident Donald Trampa və onun siyasətinə qarşı durmağa çağırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, CNBC telekanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Tramp amerikalıların “susmasını” istəyir. Siyasətçi qeyd edib ki, Kaliforniya Trampın yolunda duran ilk ştat ola bilər, lakin hər şey bununla bitməyəcək.

“Ona təslim olmayın. Digər ştatlar növbətidir. Demokratiya növbətidir. Demokratiya gözlərimiz qarşısında hücuma məruz qalır. Qorxduğumuz an gəlib çatdı”, – Nyusom vurğulayıb.

Şəhər polis idarəsinin rəhbəri Cim Makdonnel bildirib ki, çərşənbə axşamı 197 nümayişçi saxlanılıb.

“Şənbə günü Los-Anceles polisi 27 nəfəri saxlayıb, bazar günü bu göstərici 40-a qədər artıb. Bazar ertəsi saxlanılanların sayı 114-ə qədər artıb, təkcə bu gün isə biz 197 həbs həyata keçirmişik”, – o, mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, iğtişaşlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) Los-Ancelesin mərkəzində keçirdiyi reyd zamanı qanunsuz miqrantların aşkarlanması üzrə kütləvi əməliyyatdan sonra başlayıb. Ağ ev şəhərə Milli Qvardiyanın yeridilməsini elan edib.

Oxşar xəbərlər

Qubernator Trampı məhkəmə ilə hədələyir
Kaliforniya qubernatoru Trampı, Pentaqonu və müdafiə nazirini məhkəməyə verib
Kaliforniya qubernatoru Trampın ştatda qoşun yerləşdirmək qərarına qarşı çıxıb
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Tramp: Kaliforniya qubernatoru istefa verməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər