Los-Ancelesdə iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
in
2025
06:30

Los-Ancelesdə iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edilib

11 in, 2025
06:30
367

Los-Ancelesdə iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edilib

Los-Ancelesin (Kaliforniya ştatı) mərkəzində davam edən etirazlar və iğtişaşlarla əlaqədar komendant saatı tətbiq edilir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə şəhərin meri Karen Bass mətbuat konfransında bildirib, çıxışı “Fox News” telekanalı yayımlayıb.

“Vandalizm və qarətçiliyə son qoymaq üçün Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları saxlayacaq”, – o açıqlayıb.

Mer qeyd edib ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 07:00) qüvvəyə minəcək və çərşənbə günü saat 06:00-a (Bakı vaxtı ilə 17:00) qədər qüvvədə olacaq.

Qeyd edək ki, iğtişaşlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) Los-Ancelesin mərkəzində keçirdiyi reyddən sonra başlayıb, burada qanunsuz miqrantların aşkarlanması üzrə kütləvi əməliyyat keçirilib. Ağ ev şəhərə 2 min milli qvardiya əsgərinin yeridilməsini elan edib.

Bizimlə əlaqə saxlayın