Həftəsonu Los-Ancelesdə 56 etirazçı saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2025
12:30

Həftəsonu Los-Ancelesdə 56 etirazçı saxlanılıb

09 in, 2025
12:30
296

Həftəsonu Los-Ancelesdə 56 etirazçı saxlanılıb

Los-Anceles (ABŞ) səlahiyyətliləri ötən həftə sonu ən azı 56 etirazçının saxlanıldığını bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Saxlanılanlardan biri polisə "Molotov" kokteyli atıb, digəri isə motosikletlə hüquq-mühafizə orqanı əməkdaşının üstünə sürməkdə ittiham olunur.

Polis rəisi Cim Makdonell iyunun 7-də polis əməkdaşlarının 29 nəfəri saxladığını bildirib. Polis Departamentinin kapitanı Raul Covel növbəti gün polis əməkdaşlarının Los-Ancelesdə daha on nəfəri saxladığını bildirib.

Bundan başqa, Qərb sahili boyunca Kaliforniyadan Vaşinqton ştatına gedən magistral yolda yol patrul xidməti tərəfindən 17 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın