Suriyanın tezliklə SWIFT-ə qoşulması gözlənilir
sizinxeber.az xəbər saytı

Suriyanın tezliklə SWIFT-ə qoşulması gözlənilir


Suriya yaxın zamanda dünya iqtisadiyyatı ilə əlaqələrin bərpası kursu çərçivəsində SWIFT beynəlxalq ödəniş sisteminə qoşulacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Əbdülqadir əl-Hasria “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, Suriya bir neçə həftə ərzində sistemə yenidən tam şəkildə qoşulacaq.

Bankın rəhbəri iqtisadiyyatın bərpası məqsədilə ölkənin maliyyə sisteminin və pul-kredit siyasətinin yenidən qurulması üçün "Yol xəritəsi"ni ətraflı şəkildə izah edib. Ona uyğun olaraq, Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə 6-12 aylıq iqtisadi sabitləşmə planı üzərində işləyir. Proqrama bank qanunvericiliyi və Mərkəzi Bankın işi ilə bağlı islahatların aparılması, həmçinin diasporanı ölkə layihələrinə sərmayə qoymağa təşviq etmək üçün sosial təminat və mənzil maliyyələşdirmə sisteminin yenidən nəzərdən keçirilməsi daxildir.

Xəbər verildiyi kimi, Suriya son altı ayda təxminən 16 milyard dollar investisiya və beynəlxalq yardım cəlb edib.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına borcunu ödəyəcək
Suriya hökuməti ölkənin yenidən qurulması planının işlənib hazırlandığını açıqlayıb
İran SWIFT sistemini ACUMER-lə əvəzləyib
Britaniya Suriya Mərkəzi Bankı və neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib
Türkiyə və Suriya azad ticarət sazişinin bərpasını nəzərdən keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər