Niderlandda növbədənkənar parlament seçkiləri oktyabrda keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
18:30

Niderlandda növbədənkənar parlament seçkiləri oktyabrda keçiriləcək

06 in, 2025
18:30
494

Niderlandda növbədənkənar parlament seçkiləri oktyabrda keçiriləcək

Niderlandda növbədənkənar parlament seçkiləri oktyabrın 29-na təyin edilib.

“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Yudit Autermark məlumat verib.

Qeyd edək ki, ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vildersin miqrasiya siyasəti ilə bağlı fikir ayrılığına görə nazirlərini geri çağırması nəticəsində Baş nazir Dik Şofun hökumət kabinəsi dağılıb.

Bununla dörd partiyalı koalisiyanın yaradılmasından heç bir il keçməmiş növbədənkənar seçkilər təyin edilib.

Şofun 11 aylıq hakimiyyəti Niderland siyasi tarixində ən qısa ömürlü hökumətlərdən biri kimi düşüb.

Bizimlə əlaqə saxlayın