Hindistanda stadionda izdihamda 11 nəfərin ölümündən sonra 4 nəfər həbs edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
10:30

Hindistanda stadionda izdihamda 11 nəfərin ölümündən sonra 4 nəfər həbs edilib

06 in, 2025
10:30
450

Hindistanda stadionda izdihamda 11 nəfərin ölümündən sonra 4 nəfər həbs edilib

Hindistanın Banqalor şəhərinin polisi kriket üzrə Hindistan Premyer Liqasının qalibi olduqdan sonra “Royal Challengers” komandası üçün təşkil edilmiş çempionluğun qeyd edilməsi mərasimi zamanı stadionun qarşısında baş verən izdihamda 11 nəfərin ölümü ilə bağlı 4 nəfəri həbs edib.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Həbslər bu gün səhər tezdən həyata keçirilib. Saxlanılanlardan üçü tədbirlərin təşkili üzrə şirkətin nümayəndələridir, biri isə bu həftə liqada çempionluğu ilə azarkeşlər arasında səs-küyə səbəb olan “Royal Challengers Bengaluru” kriket komandasının nümayəndəsidir.

Agentliyin məlumatına görə, dünyanın ən zəngin T20 kriket liqası olan Hindistan Premyer Liqasının 18-ci mövsümünün finalında Banqalar təmsilçisi “Punjab Kings” üzərində qələbə qazandığı günün ertəsi - iyunun 4-də şəhərdəki stadionda qələbəni azarkeşləri ilə qeyd etmək qərarına gəlib. Bu məqsədlə pulsuz biletlər paylanılıb, lakin oturacaqların sayının məhdud olacağı bildirilib. Stadion qarşısında minlərlə insanın toplaşması, bileti və ya dəvətnaməsi olmayanların belə darvazaları aşmağa cəhd etməsi izdihamla nəticələnib. Nəticədə 11 azarkeş ölüb, 47 nəfər isə müstəlif dərəcəli xəsarətlər alıb.

İnsidentdən sonra “Royal Challengers” başverənləri faciəli hadisə adlandırıb və ölən 11 azarkeşin hər birinin ailəsinə 1 milyon hind rupisi (təxminən 11,7 min ABŞ dolları) ödəyəcəyini vəd edib.

Bizimlə əlaqə saxlayın