İsveç məhbuslarını Estoniyaya göndərəcək
sizinxeber.az xəbər saytı

İsveç məhbuslarını Estoniyaya göndərəcək


İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsveçin SVT televiziyası məlumat yayıb.

“İsveçdə məhkum edilmiş təxminən altı yüz məhbus cəzalarını çəkmək üçün Tartu həbsxanasına köçürülə bilər ki, bu da İsveç həbsxanalarında sıxlığı azaldacaq”, - ölkənin ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Estoniya ilə əldə olunan razılaşma konkret olaraq Tartu şəhərindəki həbsxanaya aiddir və sözügedən həbsxana tamamilə İsveçin sərəncamına veriləcək.

Qeyd olunur ki, həbsxanada 600 məhbusun yerləşə biləcəyi 400 kamera var. Məkan İsveç həbsxanalarındakı standartlara cavab verəcək və eyni cür kameralar və avadanlıqlırla təchiz olunacaq.

Razılaşmaya uyğun olaraq məkanda Estoniya qanunvericiliyi tətbiq olunacaq, lakin bəzi istisnalarla, məsələn, həbxana xarici ilə əlaqə ilə bağlı. Nazirin sözlərinə görə, Estoniyada həbs cəzası İsveçdəki həbs ilə mümkün qədər oxşar olacaq.

İsveçin Penitensiar və Probasiya Xidmətinin əməkdaşları həmin məkanda olacaqlar və cəzaların razılaşmaya uyğun olaraq icrasını təmin edəcəklər.

Telekanalın məlumatına görə, İsveç hökuməti həbsxanadakı hər yerə görə hər ay 8 500 avro ödəyəcək ki, bu da İsveçdəki müvafiq xərclərlə müqayisə oluna bilər.

Oxşar xəbərlər

İsveç Ukraynaya 1,6 milyard dollarlıq yeni hərbi yardım paketi verəcək
İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb
İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 264 milyon dollar ayıracaq
İsveç Rusiya sərhədinə 600 hərbçi göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər