Baş nazir: Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
02 
in
2025
16:30

Baş nazir: Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır

02 in, 2025
16:30
370

Baş nazir: Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır

Böyük Britaniya silahlı münaqişənin yaranmasının qarşısını almağa hazır olmalıdır.

"Report" "Sky news"a istinadən xəbər verir ki, bu barədə bu gün Britaniya Baş naziri Kir Starmer ölkənin Strateji müdafiə proqramını təqdim edərkən bildirib.

"Əminəm ki, münaqişəni dayandırmağın ən yaxşı yolu ona hazır olmaqdır. Rusiya tərəfindən davam edən təhlükə ilə bağlı sayıqlığı qoruyuram", - o bildirib.

Həmçinin Baş nazir La-Manş boğazında təhlükəsizliyi təmin edəcəyinə söz verib və qeyd edib ki, London bu məsələdə Fransa ilə əməkdaşlıq edir.

K.Starmer Britaniyanın müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artırmaq planlarını qeyd edib.

Bizimlə əlaqə saxlayın