Sudanın yeni baş naziri hökuməti buraxıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
02 
in
2025
00:30

Sudanın yeni baş naziri hökuməti buraxıb

02 in, 2025
00:30
422

Sudanın yeni baş naziri hökuməti buraxıb

Sudanın yeni baş naziri Kamil İdris hökumətin buraxıldığını elan edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Sudan” xəbər agentliyi məlumat yayıb.

K. İdris nazirlərə və onların müavinlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələri barədə göstəriş verib.

Mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.

Bizimlə əlaqə saxlayın