FTB Ağ Evdə kokainin aşkarlanması ilə bağlı təhqiqatı yenidən başlayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
05:30

FTB Ağ Evdə kokainin aşkarlanması ilə bağlı təhqiqatı yenidən başlayacaq

27 may, 2025
05:30
425

FTB Ağ Evdə kokainin aşkarlanması ilə bağlı təhqiqatı yenidən başlayacaq

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) 2023-cü ilin iyulunda Ağ Evdə kokainin aşkarlanması ilə bağlı təhqiqatı bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə FTB-nin direktor müavini Den Bonjino “X”dəki hesabında yazıb.

Onun sözlərinə görə, FTB-nin yeni rəhbərliyi kəşfiyyat agentliyinin direktoru Keş Patelin başçılığı ilə “korrupsiya ilə bağlı potensial” işlərin siyahısı üzrə istintaqın yenidən açılması və ya əlavə resursların yönəldilməsi barədə qərar qəbul edib. Bonjinonun sözlərinə görə, bunlara kustar üsulla hazırlanmış partlayıcı qurğularla bağlı iş (2021-ci il yanvarın 6-da Vaşinqtonda iğtişaşlar baş verən gün ABŞ Konqresinin yaxınlığında tapılıb – red.) və əvvəlki administrasiya dövründə Ağ Evdə kokain aşkarlanması daxildir.

ABŞ rəsmiləri və mətbuatının məlumatına görə, narkotik 2023-cü il iyulun 2-də Ağ Evdə işçilərin və ziyarətçilərin mobil telefonlarını saxladıqları gəzinti otağındakı şkafda aşkar edilib.

Həmin ilin iyulun 13-də ABŞ-nin Məxfi Xidməti müşahidə kameralarının görüntülərini və ziyarətçilərin qeydlərini nəzərdən keçirdiyini, lakin kokainin nə vaxt peyda olduğunu və ya onu kimin qoyub getdiyini müəyyənləşdirə bilmədiyini açıqlayıb. Məxfi Xidmət araşdırmadan sonra narkotik vasitənin Ağ Evə müntəzəm gələn turistlərdən birinə aid olması versiyasını irəli sürüb. Hər gün orada yüzlərlə belə ziyarətçi olur.

Bizimlə əlaqə saxlayın