ABŞ 25 il ərzində AES-lərdə elektrik enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
02:00

ABŞ 25 il ərzində AES-lərdə elektrik enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır

24 may, 2025
02:00
466

ABŞ 25 il ərzində AES-lərdə elektrik enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır


ABŞ Prezidenti Donald Tramp AES-lərin tikintisi üzərindəki məhdudiyyətlərin aradan qaldırılması və ölkənin nüvə sənayesi tərəfindən elektrik enerjisi istehsalının növbəti 25 il ərzində dörd dəfə artırılması üçün Nüvə Tənzimləmə Komissiyasının islahatı haqqında fərman imzalayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi, Ağ evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf sənədin imzalanması mərasimində bildirib.

“Nüvə sənayesinin inkişafını ləngidən mürəkkəb tənzimləmə prosesləri mövcuddur. 1978-ci ilə qədər ABŞ-də 133 reaktor tikilmişdi. 1978-ci ildən bəri yalnız iki yeni kommersiya reaktoru istifadəyə verilib”, – U. Şarf qeyd edib.

“Bu, həddindən artıq tənzimləmə səbəbindən baş verib. Bu fərmanın məqsədi bu prosesi sənayenin real ehtiyacları və ictimai təhlükəsizliklə uyğunlaşdırmaqdır. Son məqsəd isə növbəti iki yarım onillik ərzində atom enerjisi istehsalının həcmini dörd dəfə artırmaqdır”, – o vurğulayıb.

Bizimlə əlaqə saxlayın