Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
16:00

Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq

23 may, 2025
16:00
535

Finlandiya NATO-nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq

Finlandiyanın Pirkkala şəhəri NATO-nun pilotsuz kəşfiyyat uçuş aparatları (PUA) üçün müvəqqəti baza olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Finlandiyanın dövlət teleradio şirkəti “Yle” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Pirkkalada dronların sınaqdan keçirilməsinə iyun ayında başlanacaq. Hazırda burada müvəqqəti baza üçün lazım olan sistemlərin tikintisi aparılır.

Qeyd edilib ki, Finlandiyada PUA-ların yerləşdirilməsi, xüsusilə, Norveçin dəniz ərazilərinin monitorinqini həyata keçirməyə imkan verəcək.

Bizimlə əlaqə saxlayın