ABŞ "Taliban"ı terror təşkilatları siyahısına daxil etməyi düşünür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
22:00

ABŞ "Taliban"ı terror təşkilatları siyahısına daxil etməyi düşünür

21 may, 2025
22:00
793

ABŞ "Taliban"ı terror təşkilatları siyahısına daxil etməyi düşünür

ABŞ Dövlət Departamenti Əfqanıstan "Taliban" hərəkatını terror təşkilatları siyahısına əlavə etməyi düşünür.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

"Bizim onların təyinatı ilə bağlı verəcəyimiz bir sıra qərarlarımız var ki, nəticədə Əfqanıstanla bağlı gələcək siyasətimizin nə olması barədə vahid yanaşmaya əsaslanacaq. Biz onların kim olduqları və keçmişdə nə etdikləri barədə bilirik. "Əl-Qaidə" və ölkədəki digər elementlər məsələsində onlardan daha çox əməkdaşlıq görmək istərdik", - Rubio əlavə edib.

Bizimlə əlaqə saxlayın