İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra "qaynar xətt" yaradıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
22:00

İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra "qaynar xətt" yaradıblar

21 may, 2025
22:00
907

İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra "qaynar xətt" yaradıblar

İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.

"Sizinxeber.az"un "Middle East Eye" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Azərbaycanın vasitəçiliyi ilə iki ölkənin nümayəndələri arasında son danışıqlar zamanı əldə olunub.

Məlumata görə, Türkiyə Suriyaya quru qoşunlarını, o cümlədən zirehli texnika və piyadaları yerləşdirməyi təklif edib ki, onların mövqeləri İsrail təyyarələrinin, xüsusən də hava hücumundan müdafiə sistemləri və radiolokasiya stansiyalarının hərəkətlərini qeyd edə bilən avadanlıqlarla təchiz olunmayacaq.  İsrailin əməliyyatları üçün təhlükə yaranmadığı müddətdə Təl-Əvivin buna etirazı olmadığı bildirilir.

Danışıqlarda xüsusi diqqət "palma xətti" adlanan əraziyə verilib - bu, Suriya Palmirasına bitişik zonaya aiddir. Bölgədə keçmişdə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən geniş şəkildə istifadə edilən və "Hizbullah"a silah tədarükü üçün logistika dəhlizinin bir hissəsi kimi xidmət edən T4 aviabazası yerləşir. İsrail bu bazanı düşmənləri üçün strateji hədəf hesab edərək dəfələrlə vurub.

Bizimlə əlaqə saxlayın