21
may
2025
14:30

yuxarı
İspaniyada Ukraynanın keçmiş prezidentinin sabiq müşaviri öldürülüb

İspaniyada Ukraynanın keçmiş prezidentinin sabiq müşaviri öldürülüb
Madrid (İspaniya) yaxınlığında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnov güllələnib.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb.
Qətl səhər saatlarında məktəb yaxınlığında baş verib.
Hadisə yerinə gələn təcili yardım onun ölümünü təsdiqləyib. Məlumata görə, dörd güllə sinəsinə, biri isə başına dəyib.
Polis mənbələri bildiriblər ki, məktəbin qapısında qurbanı motosikletli bir nəfər gözləyirmiş. Portnov yaxınlaşanda ona atəş açıb, sonra isə qaçıb.