Anqolada neft platformasındakı yanğında 17 nəfər xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
21:00

Anqolada neft platformasındakı yanğında 17 nəfər xəsarət alıb

20 may, 2025
21:00
580

Anqolada neft platformasındakı yanğında 17 nəfər xəsarət alıb

Anqolada neft platformasında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Jornal de Angola” qəzeti Neft, Qaz və Bioyanacaq üzrə Milli Agentliyin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, insident Kabinda əyalətinin sahillərində, “Cabinda Gulf Oil Company Limited” (CABGOC) şirkətinə məxsus “Benguela Belize-Lobito Tomboco” dərinsulu platformasında baş verib.

Nəşr yazır ki, xəsarət alan 17 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

Qeyd olunur ki, platformada 2025-ci il mayın 1-dən planlı illik texniki xidmət işləri aparılır. CABGOC-dan verilən məlumata görə, yanğın qısa zamanda söndürülüb.

Bizimlə əlaqə saxlayın