Monqolustan Qobi səhrasında yaşıl enerjini inkişaf etdirməyi planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
05:00

Monqolustan Qobi səhrasında yaşıl enerjini inkişaf etdirməyi planlaşdırır

20 may, 2025
05:00
745

Monqolustan Qobi səhrasında yaşıl enerjini inkişaf etdirməyi planlaşdırır

Monqolustan hökuməti Qobi səhrasını “yaşıl” enerjinin inkişafına xüsusi önəm verərək sənaye bölgəsinə çevirmək planlarını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Monqolustan Nazirlər Kabinetinin saytında məlumat verilib.

Qeyd olunub ki, 2040-cı ilə qədər səhrada 33 böyük layihənin həyata keçirilməsi planlaşdırılır. Onun yaşıllaşdırılması, toz fırtınalarının tezliyinin və şiddətinin azaldılması istiqamətində tədbirlər görüləcək.

Sərhəd zonalarına xüsusi diqqət yetiriləcək. Belə ki, Çinlə sərhəddə yerləşən Ulan-Bator-Zamin-Uud avtomobil yolu modernləşdiriləcək, Qobidəki sərhəd keçid məntəqələrində idxal olunan malların sınaqdan keçirilməsi üçün laboratoriyalar tikiləcək.

Vurğulanıb ki, hazırda rayon gəlirinin böyük hissəsini faydalı qazıntıların - kokslaşan kömür, flörpat və digər xammalın çıxarılmasından əldə edir.

Qobi səhrası dünyanın üçüncü ən böyük qum səhrasıdır. Monqolustan və Çin ərazisində yerləşir və 1,3 milyon kvadrat kilometr ərazini əhatə edir. Qobidə illik temperatur amplitudası -40°C ilə +45°C arasında dəyişir.

Bizimlə əlaqə saxlayın