KİV: ABŞ Kapitola hücumu zamanı öldürülən veteranın ailəsinə təxminən 5 milyon dollar ödəyəcək
KİV: ABŞ Kapitola hücumu zamanı öldürülən veteranın ailəsinə təxminən 5 milyon dollar ödəyəcək
ABŞ administrasiyası 6 yanvar 2021-ci ildə Kapitoliya hücumu zamanı həlak olan ABŞ Hərbi Hava Qüvvələri veteranı Aşli Babbitin ailəsinə təxminən 5 milyon dollar ödəmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Washington Post" (WP) qəzeti yazıb.
Məsələ ilə tanış olan iki nəfər bildirib ki, prezident Donald Trampın administrasiyası 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum zamanı Nümayəndələr Palatasının sədrinin foyesinə basqın etmək istəyərkən polis tərəfindən güllələnərək öldürülən Tramp tərəfdarının varislərinin qaldırdığı iddianı həll etmək üçün Eşli Babbit ailəsinə təxminən 5 milyon dollar ödəmək niyyətindədir.
Qeyd olunub ki, Babbitin ailəsi 2024-cü ilin əvvəlində məhkəməyə müraciət edərək 30 milyon dollar tələb edib.
Qəzetin mənbələri bildiriblər ki, Ədliyyə Departamenti onun qohumlarına 5 milyon dollardan bir qədər az pul ödəməyə razılaşıb ki, bunun təxminən üçdə biri vəkillərin ödənişinə gedəcək.