İspaniyada avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
08:00

İspaniyada avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var

16 may, 2025
08:00
366

İspaniyada avtomobil piyadaların üzərinə sürülüb, yaralananlar var

İspaniyanın Kataloniya bölgəsində “Espanyol” və “Barselona” futbol klubları arasındakı matç öncəsi stadion yaxınlığında avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində azı 13 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə regional tibbi yardım xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Onların versiyasına görə, doqquz nəfər yüngül xəsarət alıb. Kataloniya polisinə görə, hadisə “Espanyol” stadionu yaxınlığında baş verib. “Vəziyyət nəzarət altındadır və idman obyektində olan insanlar üçün heç bir təhlükə yaratmır”, – asayiş keşikçiləri qeyd ediblər.

Onlar əlavə ediblər ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Bizimlə əlaqə saxlayın