
WSJ: ABŞ-nin Fövqəladə Hallar Agentliyi qasırğa mövsümünə hazırlaşmağa çatdırmır

WSJ: ABŞ-nin Fövqəladə Hallar Agentliyi qasırğa mövsümünə hazırlaşmağa çatdırmır
Federal Fövqəladə Hallar İdarəetmə Agentliyi (FEMA) iyunun 1-də başlayacaq ABŞ-də qasırğa mövsümünə hazırlaşmağa çatdırmır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən bildirib.
Onların məlumatına görə, qurum qasırğa mövsümünə hazırlıq qrafikindən bir neçə ay geri qalır, fövqəladə hallar zamanı aydın fəaliyyət planının olmamasını agentliyin müvəqqəti rəhbəri Devid Riçardson da etiraf edib. O bu vəzifəyə keçən həftə təyin edilib.
FEMA əməkdaşları hesab edirlər ki, bu uğursuzluğun səbəblərindən biri kadr çatışmazlığı, rəhbərlikdə böhran və dövlət başçısı Donald Trampın kəskin tənqidi ilə üzləşən qurumun gələcək taleyi barədə aydın təsəvvürün olmamasıdır.