Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını "sadəlövh" adlandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
13:00

Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını "sadəlövh" adlandırıb

15 may, 2025
13:00
404

Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını "sadəlövh" adlandırıb

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında nüvə razılaşması ilə bağlı danışıqlarda irəliləyişin olması barədə açıqlamalarının "sadəlövh" olduğunu bildirib.

“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian bununla Trampın iki ölkənin "razılaşma əldə etməyə yaxın olması" barədə sözlərini təkzib edib.

O vurğulayıb ki, Tehran xarici təzyiq qarşısında geri çəkilməyəcək.

"Əgər o, regionumuza gələrək bizi təhdid edə biləcəyini, bizimsə öz prinsiplərimizdən imtina edəcəyimizi düşünürsə, sadəlövhdür. Biz heç vaxt ləyaqətimiz mövzusunda sövdələşməyəcəyik", - prezident bildirib.

Bizimlə əlaqə saxlayın