ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
09:00

ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir

15 may, 2025
09:00
648

ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir

ABŞ və digər ölkələr arasında ikitərəfli tarif razılaşmaları ədalətli ticarətin əsas prinsipini poza bilər.

“Sizinxeber.az” xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İveala “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və Çin arasında tarif müharibəsinin son deeskalasiyasına baxmayaraq, qlobal ticarət böhran içindədir:

“Biz ikitərəfli danışıqlar aparan ÜTT üzvlərinə bildirdik ki, onlar təşkilatın qaydalarına mümkün qədər uyğun olmağa çalışmalıdırlar”.

Bizimlə əlaqə saxlayın