BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
00:30

BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

14 may, 2025
00:30
484

BMT Türkiyənin Rusiya - Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

BMT Türkiyənin Rusiya və Ukrayna müzakirələrə ev sahibliyi etməsini alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrik “Anadolu” agentliyinə açıqlamasında deyib.

“Türkiyənin münaqişəyə son qoymaq səylərində oynadığı rolu hər zaman yüksək qiymətləndiririk. Mövqeyimiz dəyişməzdir – münaqişənin BMT-nin müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyirik və bu məqsədə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edirik”, - o bildirib.

O söyləyib ki, görüş planı haqqında detallar konkretləşəndə bu barədə daha ətraflı açıqlama veriləcək.

Qeyd edək ki, mayın 15-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya və Ukrayna rəsmiləri arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. ABŞ rəhbəri Donald Trampın da görüşdə iştirak edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın