KİV: Hindistan və Pakistan qoşunların sərhəddən geri çəkilməsini nəzərdən keçirəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
21:00

KİV: Hindistan və Pakistan qoşunların sərhəddən geri çəkilməsini nəzərdən keçirəcək

12 may, 2025
21:00
531

KİV: Hindistan və Pakistan qoşunların sərhəddən geri çəkilməsini nəzərdən keçirəcək

Hindistan və Pakistan qoşunlarını sərhəddən geri çəkməyi nəzərdən keçirəcək.

“Report” xəbər verir ki, bu barədə ANI agentliyi iki ölkənin hərbi əməliyyat komandirləri arasında aparılan danışıqların yekunları üzrə məlumat yayıb.

“Müzakirələrdə əsas diqqət hər iki tərəfin bir-birinə qarşı heç bir atəş açmaması və ya təcavüzkar və düşməncəsinə hərəkətə keçməməsi öhdəliyinin davam etdirilməsinə yönəldilib. Həmçinin qərara alınıb ki, hər iki tərəf sərhəddə və ön cəbhə bölgələrində qoşunların azaldılmasını təmin etmək üçün təcili tədbirləri nəzərdən keçirsin”, - agentlik Hindistan ordusunun açıqlamasından sitat gətirib.

Daha əvvəl Dehli və İslamabadın danışıqları davam etdirmək niyyətində olduğu məlum olmuşdu. Danışıqların növbəti tarixi yaxın vaxtlarda açıqlanacaq.

Bizimlə əlaqə saxlayın