Nyu-Yorkda Uitkoffun BMT TŞ üzvləri ilə görüşü başa çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
08 
may
2025
03:30

Nyu-Yorkda Uitkoffun BMT TŞ üzvləri ilə görüşü başa çatıb

08 may, 2025
03:30
514

Nyu-Yorkda Uitkoffun BMT TŞ üzvləri ilə görüşü başa çatıb

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvləri ilə qapalı görüşü başa çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 22:00 – red.) BMT-nin mənzil-qərargahının qarşısında yerləşən ABŞ-nin daimi nümayəndəliyində başlanıb və təxminən bir saat yarım çəkib.

Təhlükəsizlik Şurasının üzv ölkələrinin daimi nümayəndələri Vaşinqtonun Fələstin – İsrail münaqişəsinin həlli üzrə səylərinin müzakirə olunmalı olduğu binadan şərh vermədən ayrılıblar.

Amerikan diplomatik nümayəndəliyindən ən son çıxan Uitkoff olub.

Bizimlə əlaqə saxlayın