Tokioda mitinq keçirilir
Bu gün Tokioda Yaponiya konstitusiyanın sülh maddəsi adlanan 9-cu maddəsinin müdafiəsi məqsədilə mitinq və nümayiş keçirilir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
1947-ci il mayın 3-də qəbul edilmiş müharibədən sonrakı konstitusiya Yaponiyanın müharibədən imtinasını təsbit edərək, güc tətbiqinin yalnız xaricdən hücum olduğu təqdirdə müdafiə məqsədilə mümkün olduğunu nəzərdə tuturdu, buna görə də Yaponiyanın silahlı qüvvələri özünümüdafiə qüvvələri adlanır. Lakin konstitusiyada onların mövcudluğu və statusu qeyd edilməyib.
Təşkilatçıların məlumatına görə, mitinqdə 38 min nəfər iştirak edib.
Bu günə qədər aparıcı qəzetlərin keçirdiyi sorğulara əsasən, hakim Liberal Demokrat Partiyasının 9-cu maddənin dəyişdirilməsi ideyanı fəal şəkildə təşviq etməsinə baxmayaraq, yaponların əksəriyyəti bunu istəmir.
Belə ki, "Asahi" qəzetinin fevralın sonundan aprelin əvvəlinə qədər 1 899 nəfər arasında keçirdiyi sorğuya əsasən, 9-cu maddəyə dəyişikliklərin edilməsini 35 % dəstəkləyib, 56 % isə əleyhinə çıxıb. "Yomiuri" qəzetinin martın 10-dan aprelin 16-na qədər 2 012 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə, 60 % əsas qanuna müəyyən dəyişikliklər edilməsini dəstəkləsə də (36 % əleyhinədir), 80 % 9-cu maddənin dəyişdirilməsinə ehtiyac olmadığını düşünür.
Oxşar xəbərlər
Yaponiyanın yeni Baş naziri oktyabrda parlamenti buraxacaq
Seulda prezidentin həbsi tələbi ilə mitinq keçirilir - YENİLƏNİB
Yaponiyada Baş nazirin iqamətgahına hücum edilib
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Yaponiyanın hakim partiyası 12 ildə ilk dəfə parlamentdəki çoxluğunu itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
