Kiyev Budapeştlə Aİ-yə daxil olmaq barədə məsləhətləşmələrin başlanması haqqında razılaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2025
23:30

Kiyev Budapeştlə Aİ-yə daxil olmaq barədə məsləhətləşmələrin başlanması haqqında razılaşıb

29 apr, 2025
23:30
528

Kiyev Budapeştlə Aİ-yə daxil olmaq barədə məsləhətləşmələrin başlanması haqqında razılaşıb

Kiyev və Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olmasını blokdan çıxarmaq üçün müntəzəm məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazir müavini Olqa Stefanişina telemarafon efirində bildirib.

“Biz razılaşdıq ki, mayın 12-dən etibarən bu gün Budapeştdə Ukrayna və Macarıstan tərəflərindən iştirak edən komandalar, Macarıstan tərəfinin narahatlıq mövzusu olan 11 tövsiyə çərçivəsində bütün vəzifələr siyahısını müəyyən edənə qədər müntəzəm əsasda işləyəcəklər”, – o deyib.

Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, Ukraynanın birliyə tələsik qoşulması Avropaya bərpaolunmaz ziyan vuracaq, çünki onu Rusiya ilə birbaşa münaqişəyə cəlb edəcək. Daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban da söyləyib ki, Ukrayna birlik ölkələri üçün Rusiyadan Avropaya qaz tranzitini əngəlləyərsə, Avropa İttifaqı ilə yaxınlaşa bilməyəcək.

Bizimlə əlaqə saxlayın