KİV: ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
21:30

KİV: ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər

24 apr, 2025
21:30
551

KİV: ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası yoxsul ölkələrin inkişafına cavabdeh olan agentliyi ləğv edə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

“Biz başa düşürük ki, DOGE (Hökumətin Effektivliyi Departamenti) komandası tezliklə agentliyin işçi ştatını əhəmiyyətli dərəcədə azaldacaq”, - çərşənbə axşamı qurumun əməkdaşlarına göndərilən elektron məktubda deyilir.

Nəşrin məlumatına görə, “Millennium Challenge Corporation” (MCC) müstəqil agentliyinin əməkdaşlarına İlon Maskın başçılıq etdiyi DOGE komandasının səfərindən sonra təşkilatın ştatının xeyli ixtisar ediləcəyi barədə bildirişlər göndərilib.

Qeyd olunur ki, Ağ Ev hələlik qurumda nəzərdə tutulan ixtisarlara münasibət bildirməyib.

Xatırladaq ki, MCC 2004-cü ildə Prezident Corc Buş tərəfindən yoxsul ölkələrə yardım göstərmək üçün yaradılıb.

Bizimlə əlaqə saxlayın