Dünya İqtisadi Forumunun keçiriləcəyi yer dəyişdirilə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
17:30

Dünya İqtisadi Forumunun keçiriləcəyi yer dəyişdirilə bilər

24 apr, 2025
17:30
347

Dünya İqtisadi Forumunun keçiriləcəyi yer dəyişdirilə bilər

Dünya İqtisadi Forumunun (DİF) keçirildiyi yerin İsveçrənin Davos şəhərindən Sinqapur və ya ABŞ-yə köçürülməsi ehtimalı Klaus Şvabın təşkilatın sədri vəzifəsindən getməsi və onunla bağlı araşdırmanın başlanması ilə artır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Aargauer Zeitung” qəzeti məlumat yayıb.

Bazar ertəsi Dünya İqtisadi Forumunda 88 yaşlı K.Şvabın vəzifədən getdiyi bildirilib. Daha sonra “Wall Street Journal” nəşri forumun Qəyyumlar Şurasının keçmiş sədrə qarşı mümkün maliyyə fırıldağı və etik pozuntularla bağlı araşdırmaya başladığını yazıb.

"K.Şvab fondun Qəyyumlar Şurasında illik görüşlərin Davosda keçirilməsi ənənəsinin qorunması uğrunda mübarizə aparırdı. Yalnız 2002-ci ildə 11 sentyabr terror aktından sonra illik görüşlərdən biri həmrəylik əlaməti olaraq Nyu-Yorkda keçirilib. İndi fondun şurasında Sinqapur kimi başqa variantlar təklif edən bir cərəyan yaranıb. Maraqlıdır ki, Sinqapur Prezidenti DİF-in Qəyyumlar Şurasının üzvüdür. Lakin Davos əvəzinə ABŞ şəhərləri də mümkündür", - məqalədə bildirilib.

Bizimlə əlaqə saxlayın