Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
15:30

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib

24 apr, 2025
15:30
334

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib

Çin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın tarifləri artırmasına cavab olaraq, ticarətin təşviqi üçün genişmiqyaslı ümumumilli sərhədlərarası aksiyaya başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bildirib.

"ABŞ-nin bu yaxınlarda ölkəmizdən idxal tariflərini artırması ilə əlaqədar yaranan yeni vəziyyətə birbaşa nəzər salmaq, mövcud problemləri nəzərə alaraq qoyulmuş hədəflərə riayət etmək, bir çox müəssisələrin ehtiyaclarına diqqət yetirmək lazımdır", - o vurğulayıb.

H.Lifen digər ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, birgə qəbul edilmiş qaydalara uyğun olaraq əməkdaşlığın təşviqi, ticari-iqtisadi əməkdaşlıq və humanitar mübadilələrin optimallaşdırılması, dostların əhatə dairəsinin genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

O, həmçinin gömrük fəaliyyətində ağıllı texnologiyaların tətbiqinin zəruriliyini qeyd edib.

Bizimlə əlaqə saxlayın