Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
21:30

Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb

22 apr, 2025
21:30
488

Suriyada Bəşər Əsəd dövründə kəşfiyyatçı işləmiş zabit saxlanılıb

Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi ölkənin keçmiş Prezidenti Bəşər Əsədin dövründə Livanın “Hizbullah” təşkilatı ilə koordinasiyaya cavabdeh olan Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Süleyman əl-Teynəvinin saxlanıldığını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə qurumun bəyanatına istinadən “Əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Süleyman əl-Teynəvi Suriyada “Hizbullah” liderləri ilə bir sıra qruplaşmalar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verməyə kömək edib. Bundan əlavə, Suriyanın yeni hökumətinin fikrincə, əl-Teynəvi mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.

DİN-in məlumatına görə, iş istintaqın və hüquqi prosedurların başa çatdırılması üçün prokurorluğa verilib.

Bizimlə əlaqə saxlayın