Əfqanıstanda yol qəzası olub, ölənlər və yaralananlar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
14:30

Əfqanıstanda yol qəzası olub, ölənlər və yaralananlar var

20 apr, 2025
14:30
559

Əfqanıstanda yol qəzası olub, ölənlər və yaralananlar var

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Salanq aşırımında yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil dörd nəqliyyat vasitəsinə çırpılıb.

Salanq Xidmət İdarəsinin rəisi Fəzal Rəbinin sözlərinə görə, hadisə nəticəsində iki sərnişin yerindəcə ölüb, 11 nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Bizimlə əlaqə saxlayın