ABŞ-nin Yəmənə hücumu zamanı onlarla insan ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2025
08:30
0
0
1 495
ff

ABŞ-nin Yəmənə hücumu zamanı onlarla insan ölüb

18 apr, 2025
08:30
1 495

ABŞ-nin Yəmənə hücumu zamanı onlarla insan ölüb

ABŞ-nin Yəmən ərazisinə hava hücumları nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.

Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.

Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.

Bizimlə əlaqə saxlayın

×
×