

ABŞ senatoru: Baydenin qərarları dünya müharibəsi riskini artırır
“ABŞ Prezidenti Cozef Baydenin qərarları yeni dünya müharibəsi riskini artırır”.
“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ senatoru Ceyms Devid Vens bildirib.
“Mən indicə Rusiyada baş verənlərlə bağlı etibar etdiyim bir dostumla danışdım. Düşünürəm ki, nüvə müharibəsi riski indi həyatımda heç olmadığı qədər böyükdür. Bayden yuxuda Üçüncü Dünya müharibəsinə doğru gedirmiş kimi görünür”,- deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken mayın 31-də Baydenin Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə razılıq verdiyini təsdiqləyib.
Amerika diplomatiyasının rəhbəri deyib ki, söhbət ancaq Rusiyanın Xarkov yaxınlığındakı regionlarına zərbələrdən gedir. Eyni zamanda o, Amerika silahlarının Rusiya ərazisinə hücumlarının spektrinin artacağını istisna etməyib.
Oxşar xəbərlər
Blinken: “Bu, əvvəlki dünya nizamının sonudur”
Məni öldürməyə çalışırlar - Baydenin oğlu
Baydenin siyasətinə etiraz olaraq Dövlət Departamentinin mətbuat katibi istefa verib
Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır”
DYP: Güclü külək yollarda qəza riskini artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fələstin Prezidenti HƏMAS-ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
-
İranlı nazir Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
-
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
-
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
-
Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
-
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
