BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib
sizinxeber.az xəbər saytı

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Fransisin sədrliyi ilə keçirilən iclasda mayın 19-da helikopter qəzasında faciəvi şəkildə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

D.Fransis İran hökuməti və xalqına başsağlığı verib.

193 üzvdən ibarət Baş Assambleyada Rəisiyə həsr olunmuş mərasimində ölkə təmsilçiləri və regional qrupların onun barəsində çıxışları dinlənilib.

ABŞ-nin BMT-dəki missiyasından heç bir diplomat prenar iclasda iştirak etməyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının təcrübəsinə əsasən dövlət başçısı olan zaman vəfat etmiş liderin xatirəsinə ehtiram üçün xüsusi plenar iclas keçirilir.

Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopter Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı Prezidentlə yanaşı, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və onları müşayiət edən digər şəxslər həlak olub.

Oxşar xəbərlər

BMT Baş Assambleyasında Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçiriləcək
ABŞ İran Prezidentinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının iclasını boykot edəcək
Helikopter qəzası: İran hökuməti hərəkətə keçdi
Rəisinin olduğu helikopter tapıldı?
Rəisinin İnstaqram səhifəsində paylaşım: Dua edin!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər