

Pentaqon Yaponiyada yeni komandanlıq yaratmaq niyyətindədir
ABŞ Müdafiə Nazirliyi Kosmik Qüvvələri üçün yeni səhra komandanlıq mərkəzi açmaq məqsədilə Yaponiya hakimiyyət orqanları ilə danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “Nikkei Asia” ABŞ Kosmik Qüvvələrinin Hind-Sakit okean regionu üzrə komandanı, briqada generalı Entoni Mastalirə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, səhra komandanlığı mərkəzi 2022-ci ildə Koreya Respublikasında Osan şəhəri (Osan aviabazası) yaxınlığında yaradılan ABŞ Hərbi Hava Qüvvələri bazasının bənzəri olacaq.
O, əlavə edib ki, Kosmik Qüvvələrin səyləri ABŞ və regiondakı müttəfiqlərini Çinin iddia edilən mərhələli hücum sistemindən necə qoruyacağını anlamağa yönəlib. Sistem hədəfləri tapmağa, qeyd etməyə, izləməyə, cəlb etməyə və vəziyyəti qiymətləndirməyə imkan verir.
“Son beş il ərzində Çin kəşfiyyat məlumatları ötürən peyklərin sayını üç dəfə artırmağı bacarıb. Pekinin səyləri ABŞ-ın Cənubi Çin və Şərqi Çin dənizlərinə müdaxiləsinin qarşısını almağa yönəlib”.
Aprelin 27-də “The New York Times” qəzeti yazıb ki, Birləşmiş Ştatlar Çin Hərbi Dəniz Qüvvələrini cilovlamaq üçün bu ölkənin sərhədlərinə yaxın sulardakı adalarda öz hərbi bazalarını tikməyə davam edir.
Oxşar xəbərlər
Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq
Turistlərin ilk dəfə kosmosa çıxmasının yeni tarixi bəlli olub
KXDR Koreya və ABŞ-a xəbərdarlıq edib
İsrail məhv etdiyi terrorçuların sayını açıqladı
Hər an müharibə ola bilər - Kim Çen göstəriş verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
İngiltərə Premyer Liqası: bu gün “Liverpul” 20-ci çempionluğunu elan edə bilər
