İran Beyruta bütün aviauçuşları dayandırıb
sizinxeber.az xəbər saytı

İran Beyruta bütün aviauçuşları dayandırıb


Livan Tehrandan təhlükəsizlik səbəbi ilə ən azı fevralın 18-dək İran aviaşirkətinin Beyrut Beynəlxalq Hava Limanına uçuşlarını dayandırmasını istəyib.

“Report” xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Pourfarzaneh məlumat verib.

Onun sözlərinə görə, hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi buna nəzarət edir və fevralın 18-dək hər şeyin normallaşacağına ümid edir.

Fevralın 14-də “Hizbullah” şiə təşkilatının fəalları Livan hakimiyyətinin İranın “Mahan Air” aviaşirkətinin reyslərini qəbul etməməsi səbəbindən Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolu bağlayıb. Ötən həftə nümayişçilər BMT sülhməramlı qüvvələrinin komandirinin müavinini müşayiət edən konvoya hücum edərək ciplərdən birini yandırıblar.

Oxşar xəbərlər

İsrailin xəbərdarlığından sonra İran təyyarələrinin Beyruta enməsinə icazə verilməyib
Hizbullah Livanda İsrailə qarşı aksiyaya çağırış edib
Livan Prezidenti: BMT sülhməramlılarına hücum edənlər cəzalandırılacaq
İsrail qırıcıları Beyrut hava limanı yaxınlığına zərbələr endirib
KİV: İsrailin hücumlarından sonra Beyrut aeroportu yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle