Almaniyada sağçılara qarşı nümayişdə 200 mindən çox insan iştirak edib
Almaniyanın Münhen şəhərində (Bavariya federal torpağı) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə DPA agentliyi polisə istinadən məlumat yayıb.
Nümayiş iştirakçıları sağçı "Almaniya üçün Alternativ" Partiyasının qadağan edilməsinə çağırıblar. Etiraz dinc şəkildə keçib.
Almaniyanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib. Reynland-Pfalts və Hessen federal torpaqlarının bir çox şəhərlərində təxminən 25 min nəfər sağçılara qarşı nümayişlərdə iştirak edib. Polisin məlumatına görə, günün ikinci yarısında Gissen şəhərində 13 min nəfər küçələrə çıxıb. Darmştadtda 8 min nəfər toplaşıb. Mayntsda polis 4 min iştirakçını qeydə alıb.
Bremen və Aşağı Saksoniyada on minlərlə insan sağçılara qarşı etirazlara qatılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hannoverin mərkəzində təxminən 24 min nəfər etirazlara qoşulub.
Oxşar xəbərlər
ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək
Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb
İspaniyada daşqınların fəsadlarına görə yüz mindən çox insan etiraz aksiyasına çıxıb
Almaniyada 100 minədək nümayişçi AfD-yə qarşı etiraz mitinqləri keçirib
Cənubi Koreyada Prezidentin həbsinə qarşı aksiya keçirilib, onlarla insan saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
