İsveçrə Müdafiə Nazirliyi: Ölkənin “hərbi Şengen”də iştirakı onun neytrallığına zidd deyil
İsveçrənin bütün Avropa ərazisində qoşunların sərhədlərdə gecikmə olmadan sürətlə yerləşdirilməsinə yönəlmiş “hərbi Şengen” proqramında iştirakı ölkənin neytrallığına zidd deyil.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Mirey Fleri bildirib.
“Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə məsələləri üzrə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) çərçivəsində hərbi mobillik üzrə konkret əməkdaşlıq İsveçrənin neytrallıq öhdəliyinə uyğun olaraq həyata keçirilir. Bu, heç bir öhdəlik və ya çeviklik tələb etmir. İsveçrə neytrallıq öhdəliyini nəzərə alaraq gələcəkdə hər bir tranzit müraciətinə fərdi qaydada baxmağa davam edəcək”, - o deyib.
Xatırladaq ki, yanvarın 13-də Avropa İttifaqı İsveçrənin “hərbi Şengen” proqramına dəvətini rəsmən təsdiqləyib. Ötən il avqustun 21-də konfederasiya hökuməti Bernin bu proqramda, eləcə də PESCO çərçivəsində kibertəhlükəsizlik sahəsində Aİ ölkələrinin əməkdaşlığının gücləndirilməsi üzrə layihədə iştirakı barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Aİ Şurası İsveçrənin hərbi Şengenə qoşulmasını təsdiqləyib
İsveçrə ordunun NATO təlimlərində iştirakına qadağa qoyulmasından imtina edib
Rumıniya və Bolqarıstan Şengen sazişinə qoşula biləcək
Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub
Fransa İsveçrə silahlarını Ukraynaya göndərmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
