Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
dek
2024
11:30
0
0
1 892
ff

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

12 dek, 2024
11:30
1 892

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidəki mitinqdə iğtişaşlarda iştirak edən 26 yaşlı şəxsi saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatında bildirilib.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını zədələyib.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin "Qrup şəxslər tərəfindən əşyanın zədələnməsi və ya məhv edilməsi" maddəsi ilə cinayət işi açılıb. Bu maddə üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

×
×