Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
“Pxenyan həmişə Moskvanın yanında olacaq”.
“Report” xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousov ilə görüşü zamanı deyib.
Kim Çen In əmin edib ki, KXDR hökuməti, ordusu və xalqı bundan sonra da “dövlətin suverenliyini və ərazi bütövlüyünü” qorumağa hazır olan Rusiyanın siyasətini ardıcıl şəkildə dəstəkləyəcək.
Onun sözlərinə görə, Koreya-Rusiya münasibətləri iki ölkə xalqının rifahına kömək edən və regionda vəziyyəti yumşaldaraq beynəlxalq strateji sabitliyə zəmanət verən güclü təhlükəsizlik mexanizmidir.
O əlavə edib ki, ABŞ məsuliyyətsiz addımlar atmaqla Ukraynadakı münaqişəni uzadır və gərginləşdirir.
Oxşar xəbərlər
Pxenyan Vaşinqtonla nüvə qarşıdurmasına hazır olduğunu açıqlayıb
Cənubi Koreya ordusu Şimali Koreyanı hədələyib
Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
