Putin: Yaxın Şərqdə heç kim münaqişənin genişlənməsini istəmir
Rusiya Yaxın Şərqdə münaqişənin qızışmasında maraqlı deyil.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitindən sonra baş tutan mətbuat konfransında bildirib.
“Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq. Kim nə deyir, desin, Rusiya münaqişənin daha da qızışmasında maraqlı deyil. Strateji olaraq biz bundan heç nə qazanmayacağıq, ancaq əlavə problemlər görəcəyik”, - o deyib.
Putin qeyd edib ki, Rusiya və İran sıx təmasdadır. “Biz öz rolumuzu qarşılıqlı kompromislər axtarmaq yolu ilə vəziyyətin həlli üçün şərait yaratmaqda görürük. Mənə elə gəlir ki, hazırda regionda heç kim münaqişənin genişlənməsini istəmir”, - o vurğulayıb.
Rusiya lideri bildirib ki, prosesin bütün iştirakçıları, o cümlədən İsraillə işləmək və qarşıdurma səviyyəsinin azalmasına nail olmaq lazımdır. “Mənə elə gəlir ki, ümumilikdə, bu, mümkündür. Lakin biz çox diqqətli davranmalıyıq”, o əlavə edib.
Oxşar xəbərlər
Putin: Rusiya Ukrayna ilə münaqişənin tezliklə və sülh yolu ilə başa çatmasında maraqlıdır
Putin: Yaxın Şərq tammiqyaslı müharibənin astanasındadır
Putin: İranla münasibətlər Rusiya üçün prioritet xarakter daşıyır
Rusiya prezidenti Qərb ölkələrini neokolonializmdə ittiham edib
Putin Paşinyanı Kazanda keçiriləcək BRICS sammitinə dəvət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













