Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
sizinxeber.az xəbər saytı

Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb


Bundestaq (Almaniya Federativ Respublikasının Parlamenti) İraqda vəziyyəti sabitləşdirmək üçün alman hərbi qulluqçularının yerləşdirilməsi mandatını daha 15 ay uzadıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə DPA agentliyi yazıb.

Məlumata görə, iclasda iştirak edən 539 deputatın böyük əksəriyyəti missiyanın davam etdirilməsinin lehinə, 93-ü əleyhinə səs verib, 2-si isə bitərəf qalıb. Yeni mandat 31 yanvar 2026-cı il tarixinədək etibarlıdır.

Bundesver İraqı digər məsələlərlə yanaşı, qoşunların hazırlanmasında da dəstəkləyir və İŞİD terror qruplaşmasının dirçəlməsinə qarşı mübarizəyə töhfə vermək niyyətindədir.

Mandat missiyanın şəxsi heyətinin sayını 500 nəfərlə məhdudlaşdırır. Almaniya hökuməti 2015-ci ildə İŞİD-in Suriya və İraqın bir hissəsini nəzarətə götürdüyü vaxt İraqda missiyaya başlayıb. Bundesver İraqın təhlükəsizlik qüvvələrinin əməkdaşlarına, əsasən yüksək rütbəli hərbçilərə İŞİD-ə qarşı mübarizə aparmaq üçün təlimlər keçirir.

Oxşar xəbərlər

İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb
İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralanıb
ABŞ İraqda İŞİD-ə qarşı əməliyyatı gələn il başa çatdıracaq
İraqın qərbində İŞİD-in 15 yaraqlısı öldürülüb
İŞİD liderlərindən biri öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər