Rusiya səfirinin kortejindən bir avtomobil Pakistanda minaya düşüb, ölənlər var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
sen
2024
19:00

Rusiya səfirinin kortejindən bir avtomobil Pakistanda minaya düşüb, ölənlər var

22 sen, 2024
19:00
700

Rusiya səfirinin kortejindən bir avtomobil Pakistanda minaya düşüb, ölənlər var

Rusiyanın Pakistandakı səfiri Albert Xorevin müşayiət edən avtomobil Hayber-Paxtunxva əyalətində minaya düşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası sosial şəbəkədə məlumat verib.

Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib.

“Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, diplomatlar hadisə sonucunda xəsarət almayıblar.

Pakistan Xarici İşlər Nazirliyi öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını əldəqayırma partlayıcı qurğuya düşüb, nəticədə polis əməkdaşları həlak olublar.

“Diplomatik korpusun bütün üzvləri İslamabada sağ-salamat qayıdıblar”, – nazirlik diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın