BMT: Ukrayna sakinləri qışda 18 saata qədər işıqsız qala bilərlər
Rusiyanın Ukraynanın enerji sisteminə endirdiyi zərbələr qarşıdakı qış aylarında ölkə sakinlərinin həyat şəraitinə təhlükə yaradır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqlarının Monitorinqi Missiyasının hesabatında deyilir.
Ekspertlərin sözlərinə görə, bu qış ukraynalıların elektrik enerjisi təchizatında gündə 4 saatdan 18 saata qədər fasilələr ola bilər.
Hesabatda bildirilir ki, Kiyev sakinlərinin demək olar ki, 95%-i zirzəmilərin mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edir, binanın yuxarı mərtəbələrinin istiliklə təmin edilməsi üçün elektrik nasosları lazımdır.
"Qəza ehtiyatı üzrə elektrik enerjisi təminatı olmasa, milyonlarla şəhər sakini istiliksiz qala bilər", - hesabatda vurğulanır.
Oxşar xəbərlər
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Azərbaycan Gürcüstandan təqribən 2,6 milyon dollar dəyərində elektrik enerjisi alıb
KİV: Enerji problemlərinə görə Ukraynanı 400 minə qədər insan tərk edəcək
Gədəbəydə xəstəxana dünəndən bəri işıqsız qalıb
Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













