Rumıniyada ukraynalı pilotların “F-16”larda təliminə başlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
sen
2024
20:30
0
0
1 270
ff

Rumıniyada ukraynalı pilotların “F-16”larda təliminə başlanılıb

12 sen, 2024
20:30
1 270

Rumıniyada ukraynalı pilotların “F-16”larda təliminə başlanılıb

Bir qrup ukraynalı pilot Rumıniyada “F-16” qırıcıları ilə təlimlərə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV ölkənin müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən məlumat yayıb.

“Ukrayna səmasında “F-16”lar da çoxalacaq: bir qrup pilotumuz artıq Rumıniyada təlim keçir. Rumıniyalı həmkarıma, onun ölkəsinin xalqına və hökumətinə hava hücumundan müdafiə sistemimizi dəstəklədiyinə və gücləndirdiyinə görə təşəkkür etdim”, - o deyib.

Umerov qeyd edib ki, Ukrayna tezliklə rumıniyalı tərəfdaşlardan yeni “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.

Xatırladaq ki, bu ilin iyul ayında Rumıniyada yerləşən Avropa F-16 təlim mərkəzində artıq ilk ukryanalı pilotlar qrupuna təlim keçirilib.

Bizimlə əlaqə saxlayın

×
×